“Pişiyə oxşayırsan” dedi, müdiri tərəfindən döyüldü Aptekdəki davanın TƏFƏRRÜATI KONKRET |…
Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakıda apteklərin birində qadın işçinin döyülməsini əks etdirən görüntülər yayılıb. İnsidentin təfərrüatları məlum olub.
KONKRET.az xəbər verir ki, hadisə təqribən 3 ay əvvəl paytaxtın Nəsimi rayonunda fəaliyyət göstərən apteklərdən birində qeydə alınıb.
Tərəflər arasında mübahisə oranın satıcısı A.K-nın aptekin müdiri Elnur Cabbarovu pişiyə oxşatmasından sonra yaranıb.
Belə ki, A.K müdirinə “Sən kök pişiyə oxşayırsan” deyib. E.Cabbarov buna çox əsəbiləşib və xanım işçini döyüb.
Bütün bunlar aptekin təhlükəsizlik kameralarına düşüb. A.K hadisə ilə bağlı polisə şikayət edib.
Polis araşdırmalara başlayarkən A.K şikayətini geri götürüb və tərəflər arasında barışıq elan olunub.
Bundan bir müddət sonra aptek müdiri digər xanım əməkdaşını işdən çıxarıb.
Tam oxu
Xəbəri oxu