Pişiyi Reynmenə hücum etdi Xəstəxanalıq oldu

23.07.2026

Axsham.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyəli müğənni Reynmen (Yusuf Aktaş) yaşadığı xoşagəlməz hadisə ilə gündəmə gəlib.

Axşam.az xəbər verir ki, sənətçi evində oynatmaq istədiyi pişiyin hücumuna məruz qalıb. Nəticədə Reynmenin bədəninin müxtəlif nahiyələrində xəsarətlər yaranıb.

Müğənni hadisədən sonra qan içində qalan köynəyinin fotosunu sosial şəbəkə hesabında paylaşaraq yaşadıqlarını izləyiciləri ilə bölüşüb.

Reynmen daha sonra həkim müayinəsindən keçdiyini, infeksiya riskinə qarşı ehtiyat tədbiri olaraq peyvənd olunduğunu açıqlayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью