Pişiyin davranışı sahibəsinin xəstəliyini üzə çıxardı

18.10.2025

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Braziliyalı jurnalist İleyn Kosta bildirib ki, onun pişiyi döş xərçəngini vaxtında aşkar etməsinə səbəb olub.

Ölkə.az xəbər verir ki, bu barədə "Terra" nəşri məlumat yayıb.

Onun sözlərinə görə, pişiyi hər axşam yatmazdan əvvəl onun yanına gələrək sinəsinin üstünə uzanırmış: “Bir gün o, sağ sinəmə basdı və mən qəribə bir narahatlıq hiss etdim. Əlimi qoyanda sərtləşmə hiss etdim. Ürəyim bərk döyünməyə başladı. Belə şeylərdən çox qorxuram. O gün bazar idi. Çərşənbə axşamı isə artıq mamoloqa getdim".

Nəticədə həkimlər qadında döş xərçənginin artıq üçüncü mərhələdə olduğunu müəyyən ediblər. Kosta bir neçə ay davam edən kimyaterapiya kursu alıb. İndi isə o, sağalmaq yolunda növbəti mərhələyə hazırlaşır.

Həmidə İbrahimova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью