Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
Meksikanın Puebla şəhərində marketdə silahlı şəxsin törətmək istədiyi soyğun zamanı baş verənlər hər kəsi təəccübləndirib.
Market əməkdaşlarının köməyinə isə marketin sevimli pişiyi çatıb.
"Cebheinfo.az" xəbər verir ki, “The Sun” qəzetinin məlumatına görə, qara kapüşonlu və maskalı şəxs marketə daxil olub.
Əvvəlcə o, market əməkdaşlarından reseptsiz satılan dərmanlardan biri haqqında məlumat istəyib. Daha sonra isə çantasından çıxardığı silahı işçilərə tuşlayıb.
Kassadakı pulları tələb edən silahlı şəxs qarşısında iki əməkdaş əvvəlcə qorxaraq geri çəkilib. Lakin işçilərdən biri qara-ağ rəngli pişiyi qucağına alaraq soyğunçunun qarşısına çıxıb.
Əməkdaşın qucağındakı pişik silahlı şəxsə doğru atılaraq fısıldamağa və caynaqlarını göstərməyə başlayıb.
Pişiyin aqressiv davranışı qarşısında nə edəcəyini bilməyən şübhəli geri çəkilərək marketdən uzaqlaşmağa çalışıb.
Əməkdaş isə pişiyi qucağında saxlayaraq silahlı şəxsi geri çəkilməyə məcbur edib.
Təhlükəsizlik kameralarına düşən görüntülərdə soyğunçunun pişiyin qarşısında geri çəkildiyi və sonda marketdən qaçdığı görülür.
Soyğunun qarşısını alan pişik matkeydə çalışan Lidiaya məxsusdur, adı isə Misifudur.
Polis hadisədən sonra qaçan şübhəlinin tutulması üçün əməliyyata başlayıb.