“Pislərin ən pisi” Quantanamoya: “Bu, insan haqları fəlakəti yaradacaq” | Icma.az
Ayna portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Tramp miqrantları məşhur həbs düşərgəsinə göndərir: Prezidentin qərarına münasibət birmənalı deyil İki gün əvvəl az sayda miqrant ABŞ-ın hərbi təyyarəsi ilə Texasdan Kubanın Quantanamo körfəzindəki təcridxanaya köçürülüb.
Təyyarə Kubaya çatmadan öncə “Amerikanın Səsi”nə adının anomim qalması şərti ilə danışan ABŞ müdafiə rəsmisi deyib ki, adminsitrasiyasının “yüksək təhlükə” hesab etdiyi 20-dən az miqrant Fort Bliss bazasından Quantanamoya ilk C-17 reysi ilə aparılıb.
ABŞ-ın Daxili Təhlükəsizlik Naziri Kristi Noem çərşənbə axşamı “X” sosial media şəbəkəsində bəzi miqrantların hərbi yük təyyarəsinə minməyə hazırlaşarkən çəkilən fotolarını yerləşdirərək, onları "pislərin ən pisi" adlandırıb və onları deportasiya etmək səylərinin yeni başladığına dair xəbərdarlıq edib.
Daha sonra Daxili Təhlükəsizlik Departamenti Texasdan Quantanamo körfəzinə hərbi təyyarə ilə aparılan miqrantların hamısının Venesuelada transmilli əhatəyə malik olan “Tren de Araqua” küçə qanqster dəstəsinin üzvləri olduğunu bildirib.
Rəsmilər onların ilk dəfə nə vaxt və necə saxlandıqlarını açıqlamayıb.
Ağ Ev “Tren de Araqua”nı xarici terror təşkilatı kimi təyin etmək planlarını açıqlayıb.
Prezident Donald Trampın ötən ay imzaladığı sərəncamdan bəri, Pentaqon sənədsiz mühacirlərin saxlanma əməliyyatlarını dəstəkləmək üçün Quantanamodakı müəssisələri genişləndirmək məqsədilə ora 300 dəniz piyadasını göndərib.
Tam oxu
Xəbəri oxu