Pistorius: Avropa Ukrayna və Rusiya arasında atəşkəs əldə edilməsinə hazır olmalıdır

17.05.2025

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Almaniyanın müdafiə naziri Boris Pistorius deyib ki, Avropa ölkələri Rusiya ilə Ukrayna arasında mümkün atəşkəsə əvvəlcədən hazırlaşmalıdırlar.

Bizimyol.info xəbər verir ki, nazirin sözlərini "Tagesschau" proqramı öz portalında sitat gətirir.

“Biz atəşkəsin qüvvəyə mindiyi X gününə hazır olmalıyıq”, - deyə Pistorius qeyd edib.

Mayın 16-da İstanbulda Rusiya ilə Ukrayna arasında danışıqlar aparılıb. Görüşdən sonra Moskva və Kiyev “1000-in 1000-ə” düsturuna əsasən əsirləri dəyişdirmək, mümkün gələcək atəşkəs barədə öz baxışlarını təqdim etmək, onu ətraflı şəkildə şərh etmək və danışıqlar prosesini davam etdirmək barədə razılığa gəliblər.

Rusiya nümayəndə heyətinin rəhbəri, prezidentin köməkçisi Vladimir Medinski bəyan edib ki, Rusiya tərəfi danışıqların nəticələrindən razıdır. O, həmçinin bildirib ki, Ukrayna dövlət liderləri arasında birbaşa danışıqların aparılmasını xahiş edib və Rusiya “bu xahişi nəzərə alıb”.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью