Olay.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
32 yaşlı aktyor Pit Devidson bu həftə Nyu-Yorkun Bruklin bölgəsində yeni qanqster filmi “Tommy Karate” üçün səhnələrin çəkilişləri zamanı görüntülənib.
OLAY yazır ki, çəkiliş meydançasında Pit Devidsonu tanımaq demək olar ki, mümkün olmayıb. O, parlaq mavi kontakt linzalar və qara parik taxıb, üzərində isə qara atlas pencək, qara-qırmızı rəngli şalvar olub.
Qeyd edək ki, “Tommy Karate” filmində Pit Devidson Bonanno cinayət ailəsinin üzvü, qatil “Tommi Pitera” obrazını canlandıracaq.