Pit Heqset: ABŞ bir sıra silah növlərinin istehsalını artıracaq

30.05.2026

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 30 may, AZƏRTAC

Biz qısa zamanda sursat istehsalını iki, üç, hətta dörd dəfə artırmaq üçün hərbi sənaye kompleksimizi gücləndiririk.

AZƏRTAC-ın xəbərinə görə, bunu ABŞ-nin müdafiə katibi Pit Heqset Sinqapurda keçirilən beynəlxalq təhlükəsizlik konfransında deyib.

Pentaqon rəhbəri bildirib ki, bunun üçün yeni zavodlar tikiləcək.

Pit Heqset İrana qarşı döyüş əməliyyatlarını tam şəkildə yenidən başlatmaq üçün güclü arsenala sahib olduqlarını da bəyan edib.

“Silah ehtiyatlarımız kifayət qədərdir. Biz hərbi sursatları balanslı şəkildə tətbiq edirik", - deyə ABŞ müdafiə katibi bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью