Pit Heqset bu qaydanı ləğv etdi

03.04.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

ABŞ-nin müdafiə naziri Pit Heqset, hərbi heyətin şəxsi silahlarını bazalarda daşımasını qadağan edən qaydanı ləğv edib.

"Cebheinfo.az" xəbər verir ki, Heqset sosial mediada etdiyi paylaşımda imzaladığı sərəncamla bağlı açıqlama verib.

Hərbi heyətin şəxsi silahlarını bazalarda daşımasına mane olan qadağanı ləğv etdiyini bildirən Heqset əlavə edib ki, hazırda hərbi obyektlərimiz silahsız zonalara çevrilmişdi:

“Bu vəziyyət heyətimizi müdafiəsiz və açıq hədəf halına gətirirdi. Bu vəziyyət bu gün sona çatır".

Heqset hazırda heyətin şəxsi silahlarını daşımaq və ya saxlamaq üçün icazə almasının "faktiki olaraq qeyri-mümkün" olduğunu qeyd edib.

Yeni sərəncamla ABŞ Müdafiə Nazirliyinə (Pentaqon) bağlı obyektlərin komandirlərinə, imtina üçün çox ciddi bir səbəb olmadığı təqdirdə, heyətin silah daşıma tələblərini təsdiqləmələri barədə təlimat verilib.

Digər tərəfdən, sərəncamda yer alan məhdudiyyətlərə görə, nazirlik binasına şəxsi silahla daxil olmağa hələlik icazə verilmir.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью