Pit Heqset Konqresdə ifadə verəcək

01.04.2026

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ-nin müdafiə naziri Pit Heqsetin ABŞ və İsrailin İrana yönəlmiş hücumları ilə başlayan müharibədən sonra Konqresdə ilk dəfə ifadə verəcəyi iddia edilib.

"Cebheinfo.az" xəbər verir ki, "The Hill" qəzetinin mövzu ilə yaxın mənbələrə istinadən verdiyi məlumata görə, Heqset müharibədən sonra 29 apreldə Konqres qarşısında ilk dəfə çıxış edəcək.

Heqsetin Nümayəndələr Palatasının Silahlı Xidmətlər Komitəsi (HASC) qarşısında ifadə verməsi gözlənilərkən, iclasda ABŞ Baş Qərargah rəisi Den Keynin də iştirak edəcəyi proqnozlaşdırılır, lakin mənbələr sözügedən tarixin dəyişə biləcəyini qeyd edirlər.

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) 25 martda ABŞ və İsrailin İrana yönəlmiş hücumları ilə başlayan müharibə ilə bağlı Konqres üzvlərinə brifinq vermişdi.

Lakin Nümayəndələr Palatasının Silahlı Xidmətlər Komitəsinin üzvü olan demokratlar 27 martda komitəyə sədrlik edən respublikaçı konqresmen Mayk Rocersə ABŞ Müdafiə Nazirliyi (Pentaqon) rəsmilərinin iştirak edəcəyi açıq bir iclas təşkil edilməsi çağırışını etmişdilər.

Komitə üzvləri tərəfindən yazılan məktubda: "Tramp administrasiyası və Müdafiə Nazirliyinin şəffaflıq çatışmazlığından, Konqresi və ABŞ xalqını məlumatlandırmaqdakı uğursuzluğundan dərin narahatlıq duyuruq", - ifadəsi işlədilmişdi.

Rocers mövzu ilə bağlı verdiyi açıqlamada: "Nələr baş verdiyi, variantların nələr olduğu və onların niyə qiymətləndirildiyi haqqında daha çox məlumat əldə etmək istəyirik. Lakin bu suallara kifayət qədər cavab ala bilmirik", - sözlərinə yer vermişdi.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью