Pitbull hücumu: Azyaşlı qız xəsarət aldı ANBAAN GÖRÜNTÜLƏR

03.08.2026

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyənin Samsun şəhərində ağızlığı olmayan pitbull cinsi it yaşayış kompleksinin həyətində azyaşlı qızın gəzintiyə çıxardığı poodle cinsi itə hücum edib.

Avtosfer.az Türkiyə mediasına istinadla xəbər verir ki, hadisə zamanı pitbull kiçik iti ağır yaralayıb, onu xilas etməyə çalışan qız isə yerə yıxılıb və barmağından xəsarət alıb. Yaralı it baytarlıq klinikasına aparılıb, qız isə xəstəxanada müalicə olunaraq quduzluğa qarşı peyvənd olunub.

Azyaşlının ailəsi hadisə ilə bağlı polisə müraciət edərək pitbullun sahibindən şikayətçi olub. Hücum anı təhlükəsizlik kamerasına düşüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью