Olay.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Reper Pitbull 2011-ci ildə Cennifer Lopezlə səhnədə çıxışı zamanı çəkilən və uzun müddət sosial şəbəkələrdə müzakirə olunan viral foto barədə danışıb.
OLAY yazır ki, reper Cennifer Lopezlə birlikdə “On the Floor” mahnısını ifa etdiyi 2011-ci il “American Music Awards” mərasimində yaşanan maraqlı məqama aydınlıq gətirib.
“Cennifer məşq zamanı şou əsnasında etdiyi müəyyən bir hərəkəti etməmişdi. Lakin canlı çıxış zamanı həmin hərəkəti edəndə mən həyəcanlandım! Beləliklə, sözügedən fotonun səbəbi də aydın olur, nə demək istədiyimi başa düşürsünüzsə” deyə Pitbull bildirib.
Sənətçinin bu açıqlaması illər əvvəl çəkilən və sosial şəbəkələrdə geniş yayılan fotonu yenidən gündəmə gətirib.