Piter Cekson bədii kinoya qayıdır 12 il sonra

30.10.2026

Icma.az bildirir, Kulis.az portalına istinadən.

"Üzüklərin hökmdarı" və "Hobbit" film seriyalarının məşhur rejissoru Piter Cekson 12 illik aradan sonra yenidən bədii kino aləminə qayıtmağa hazırlaşır.

Kulis.az xəbər verir ki, Cekson Stiven Spilberqin 15 il əvvəl çəkdiyi "Tintin macəraları" filminin davamı üçün ssenarinin tamamlandığını və növbəti layihə kimi rejissor kürsüsünə əyləşəcəyini təsdiqləyib.
2014-cü ildə işıq üzü görən "Hobbit: Beş ordunun döyüşü" filmindən sonra Piter Cekson uzun müddət bədii filmlərdən uzaqlaşmışdı.

Bu illər ərzində o, kinoda unikal texnologiyaların tətbiq olunduğu "They Shall Not Grow Old" hərbi sənədli filmini və "The Beatles: Get Back" musiqi layihəsini ərsəyə gətirib.

Hətta "The Hunt for Gollum" filminin rejissorluğunu da Endi Serkisə həvalə edərək yalnız prodüser kimi layihədə yer alıb.
Piter Cekson Fren Uolş ilə birlikdə yeni filmin ssenarisini yekunlaşdırıb.

Hələlik çəkiliş və nümayiş tarixi dəqiq bəlli olmasa da, filmin məzmunu Tintin və Kapitan Heddok arasındakı inam və dostluq münasibətlərinin yeni sınaqlardan keçməsi üzərində qurulacaq.

Qeyd edəək ki, rejissor gələcəkdə "Tintin" haqqında Herjenin kosmos macəralarını əks etdirən dördüncü bir filmin də çəkilə biləcəyini istisna etmir.

Musson küləkləri - Orxan Cuvarlının hekayəsi “Sən məni öldürdün, Aydın” - Vaqif İbrahimoğlu hansı yazının vəfatından sonra dərc olunmasını istəmişdi? Harri Staylsın turu əsasında film çəkiləcək
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью