Piter Dinkleyg yeni serialda

12.02.2025

Kulis.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Taxt Oyunları" serialında Tirion Lannister obrazı ilə yadda qalan Piter Dinkleyg “Dexter: Resurrection” (“Dekster: Dirilmə”) serialının heyətinə qatılıb.

Kulis.az xəbər verir ki, serial “Dexter: New Blood” ("Dekster: Yeni qan") filminin birbaşa davamı olacaq.

Piter Dinkleyg qaranlıq sirləri özündə saxlayan milyarder sahibkar Leon Prater obrazını canlandıracaq. Devid Zayas, Ceyms Remar, Cek Alkott və Uma Turmanın da yer aldığı serialının hekayəsi ilə bağlı təfərrüatlar hələ tam açıqlanmayıb.

Qeyd edək ki, keçən ay çəkilişlərinə başlanılan seiralın bu yay yayımlanması gözlənilir.

Bəstəkarlar İttifaqında “20 Yanvar” adlı sənədli film nümayiş olunub Məşhur animelərin prodüseri pedofiliyada günahlandırıldı Miri Yusifin videolarını yayacağı ilə hədələyərək pul aldı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью