Piter Qabriel yeni albomunu təqdim edəcək

27.11.2026

Kulis.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Məşhur britaniyalı musiqiçi Piter Qabriel “o\i” adlı yeni studiya albomunu yayımlayacaq.

Kulis.az xəbər verir ki, 13 mahnıdan ibarət albom 2023-cü ildə işıq üzü görən “i/o” layihəsinin davamı və onunla musiqi baxımından əlaqəli ikinci hissəsidir.

Qabriel yeni albomun üzərində bir il ərzində çalışıb və 2026-cı il boyunca hər dolunayda yeni mahnı təqdim etməklə dinləyiciləri mərhələli şəkildə bu layihəyə hazırlayıb.

Musiqiçinin sözlərinə görə, “o\i” insanın təbiətlə münasibətini, zamanın keçməsini, texnologiyanın həyatımıza artan təsirini və dünyadakı yerimizi araşdırır. Albomun 24 noyabrda yayımlanan “Yes, It Will Go” mahnısı təqdimatdan əvvəl dinləyicilərlə bölüşülən son nümunələrdən biridir. Qabrielin 13 mahnılıq yeni işi onun son illərdəki musiqi axtarışlarını vahid layihədə birləşdirəcək.

Alban-Udi icmasının nümayəndələri Amaras monastırını ziyarət etdi “Grand Theft Auto VI” oyununda klassik musiqi sevərlər üçün maraqlı yenilik Çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edildi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью