525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Filippində 3 metrlik piton 35 yaşlı kişini boğaraq öldürüb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə İloilo şəhərinin Mandurialo rayonunda baş verib.
Gecə vaxtı sakinlər bayırdakı səs-küyə çıxıblar və pitonun Culius Peres adlı qonşularına sarıldığını görüblər. Onların köməyi ilə Culius ilanın ağuşundan xilas edilsə də, artıq gec imiş. O, boğularaq canını tapşırıbmış.
Qeyd edək ki, yerli polis idarəsi hadisəyə təsadüfi don geyindirib. Belə ki, mərhumun qaranlıqda ilanı tapdaladığını və vəhşinin adekvat reaksiya göstərərək ona sarıldığını bildirib.
L.Tağıyeva