Pittə növbəti zərbə oğlundan gəldi

08.11.2026

Icma.az, Axsham.az portalına istinadən məlumat yayır.

Hollivud ulduzu Bred Pitt və aktrisa Ancelina Colinin oğlu Noks da atasının soyadından imtina edə bilər.

Axşam.az xəbər verir ki, bu barədə “Page Six” nəşri məlumat yayıb. Mənbənin bildirdiyinə görə, Noks hələlik soyadını dəyişdirmək üçün rəsmi müraciət etməyib. Lakin bunun yaxın zamanda baş verəcəyi gözlənilir.

“Noks hələ heç bir sənəd təqdim etməyib, amma onun da Pitt soyadını adından çıxaracağı yalnız zaman məsələsidir. Bu, qaçılmazdır. Hələlik konkret vaxt bəlli deyil. Bütün bu vəziyyət Bred üçün çox ürəkağrıdır” deyə, mənbə bildirib.

Noyabrın əvvəlində məlum olub ki, Bred Pittin doğma qızlarından biri olan Vivyen də atasının soyadından imtina edib.

Qeyd edək ki, Vivyen avqust ayında soyadını dəyişdirmək niyyəti ilə bağlı “Los Angeles Daily Journal” qəzetində elan dərc etdirib. Kaliforniya qanunlarına əsasən, bu prosedur zamanı müraciət edən şəxs dörd həftə ardıcıl olaraq qəzetdə elan yerləşdirməlidir. Bu, maraqlı tərəflərə qərara etiraz etmək imkanı yaradır.

Mənbələrin iddiasına görə, Bred Pitt övladları ilə münasibətlərinin pozulmasından və barışa bilməməsindən ciddi narahatdır. İddialara əsasən, Ancelina Coli onların barışması üçün bütün yolları bağlayıb.

Bununla belə, Coli daha əvvəl ABŞ-dən köçməyi və daha çox səyahət etməyi planlaşdırdığını açıqlayıb. Bred Pitt isə bunun övladları ilə münasibətlərini bərpa etməsinə kömək edə biləcəyini düşünür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью