Pivə bağırsaq sağlamlığını pozur Həkimdən XƏBƏRDARLIQ

02.02.2026

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Mütəmadi pivə istifadəsi bağırsaqların fəaliyyətini pozur və iltihabi proseslərin inkişafına səbəb olur.

Redaktor.az xəbər verir ki, bu barədə həkim-dietoloq Rob Hobson "Daily Mail" nəşrinə açıqlamasında xəbərdarlıq edib.

Mütəxəssisin sözlərinə görə, pivənin bağırsaqlar üçün xüsusilə təhlükəli olmasının səbəbi onun tərkibində alkoqol, qazlılıq və fermentləşən karbohidratların birlikdə mövcud olmasıdır. Hobson bildirib ki, alkoqol bağırsaq sağlamlığını pozan əsas amillərdən biridir: bağırsaq divarının keçiriciliyini artırır, iltihabı gücləndirir, bakteriya balansını dəyişir və faydalı mikroorqanizmlərin sayını azaldır.

Diyetoloq əlavə edib ki, bu komponentlərin birləşməsi xüsusilə həssas bağırsağa malik insanlarda köp, mədə narahatlığı və diskomfortu daha da gücləndirə bilər. Bundan başqa, pivənin müntəzəm qəbulu iltihabla və maddələr mübadiləsinin pozulması ilə əlaqəli bakteriyaların çoxalması üçün əlverişli şərait yaradır.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью