Pivə zavodunda işləyən əfsanə vəfat etdi

22.04.2025

News24 portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Keçmiş irlandiyalı futbolçu Mik Makqrat 89 yaşında vəfat edib.

Publika.az xəbər verir ki, bu barədə “Blekbern Rovers”in mətbuat xidməti məlumat yayıb.

O, bu klubun əfsanəsidir. Sol cinah müdafiəçisi 1954-1966-cı illərdə “qızılgüllər”də çıxış edib.

Əvvəlcə onun heyətdə olduğu “Blekbern” elitaya vəsiqə qazanıb. 1959/60-cı illər mövsümündə İngiltərənin vitse-çempionu olub. Elə həmin il “Rovers” Federasiya kubokunun finalına yüksəlib və burada “Vulverhempton”a məğlub olub – 0:3.

O, həmçinin “Bredford” və “Banqor” City klublarında da oynayıb. Mik İrlandiya millisində 22 oyun keçirib.

Karyerasını bitirdikdən sonra təqaüdə çıxana qədər 24 il pivə zavodunda çalışıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью