Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Sosial mediada Xətai rayonunda pivə zavodunun tullantılarının dənizə axıdıldığını iddia edən görüntülər yayılıb.
Mövzu ilə bağlı ADSEA-nın nəzdində Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarət Xidmətinə sorğu ünvanladıq.
Qurumdan Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, sosial şəbəkələrdə “Pivə zavodundan Xəzər dənizinə çirkab suların axıdılması” ilə bağlı yayılmış məlumat Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti tərəfindən 9 sentyabr 2026-cı il tarixində araşdırmaya başlanılıb:
"Araşdırma zamanı tullantı suyunun tərkibini müəyyənləşdirmək məqsədilə ərazidən su nümunələri götürülüb və analizlərin aparılması üçün Xidmətin tabeliyində fəaliyyət göstərən Mərkəzi Laboratoriyaya təhvil verilib. Analiz nəticələri məlum olduqdan və araşdırma yekunlaşdıqdan sonra hüquqi qiymət verilməsi üçün iş üzrə toplanmış materialların Hüquq Mühafizə Orqanlarına göndərilməsi təmin ediləcək".
Mövzunu diqqətdə saxlayacağıq.
Fəridə, Bizim.Media