Baku.ws saytına istinadən Icma.az xəbər verir.
Pivənin müntəzəm istifadəsi bağırsaq sağlamlığına ciddi zərər vura bilər.
BAKU.WS xəbər verir ki, bunu britaniyalı həkim-diyetoloq Rob Hobson Daily Mail-ə müsahibəsində bildirib.
Onun sözlərinə görə, əsas təhlükə pivədəki alkoqol, qazlılıq və fermentləşən karbohidratların birgə təsiri ilə bağlıdır.
"Alkoqol bağırsağın qoruyucu baryer funksiyasını pozan amil kimi tanınır. O, bağırsaq divarının keçiriciliyini artırır, iltihaba səbəb olur, mikrobiota balansını pozur və faydalı bakteriyaların sayını azaldır", – deyə mütəxəssis izah edib.
Hobsonu əlavə edib ki, bu cür birləşmə xüsusilə həssas bağırsağı olan insanlarda köp, şişkinlik və mədə-bağırsaq traktında narahatlığı gücləndirə bilər. Bundan əlavə, pivənin müntəzəm qəbulu iltihabi və metabolik pozuntularla əlaqəli patogen bakteriyaların çoxalması üçün əlverişli şərait yaradır.
Diyetoloq vurğulayıb ki, zərərin dərəcəsi birbaşa istifadənin tezliyi və miqdarından asılıdır. Hətta azalkoqollu içkilər belə, sistemli şəkildə qəbul edildikdə bağırsaqların vəziyyətinə mənfi təsir göstərə bilər.