Piyada 8 gün sonra xəstəxanada ölüb

12.12.2024

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Sumqayıt şəhərinda avtomobilin vurduğu piyada 8 gün sonra xəstəxanada ölüb. SİA-nın məlumatına görə, hadisə dekabrın 4-də şəhərin Sülh prospketində qeydə alınıb.

1994-cü il təvəllüdlü Ruslan Ağayev idarə etdiyi “Opel Astra” markalı avtomobillə yolu keçən piyada,1942-ci il təvəllüdlü Şöhrət Eyvazovanı vurub.

Yaralı dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Aparılan müdaxilələrə baxmayaraq, o dekabrın 12-də müalicə aldığı xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью