Piyada gəz, elektromobil qazan

13.01.2025

Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Özbəkistanda əhali piyada gəzməyə təşviq edilir. 

Avtosfer.az xəbər verir ki, ölkədə iyunun 1-dən xüsusi onlayn platforma yaradılacaq. Bu platdormanın göstəicilərinə əasən gündə azı 10 min addım gəzən şəxs müəyyən güzləştlər əldə edəcək. 

Gün ərzində qeyd ediləndən çox gəzən özbəklər üçün dövlət xidmətlərindən istifadə zamanı 10% güzəşt olunacaq. Banklar həmin şəxslərə krediti daha aşağı faizlə verəcək. 

Ən əsası isə, yüksək nəticə göstərən 14 nəfərə Özbəkistan istehsalı olan elektromobil veriləcək.

Vüqar

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью