Tribuna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Belə bir fikir var ki, yerimək ən yaxşı fiziki fəaliyyət növü deyil: deyirlər, belə “rahat” əyləncə (idman zalında məşq, qaçış və s.
ilə müqayisədə) sağlamlığa necə fayda verə bilər? Fayda verə bilər, bəlkə də daha çox!
Tribunainfo.az piyada gəzməyin sağlamlığa 9 faydasını təqdim edir: 1.Bütün orqanizmə müalicəvi təsir verir Gəzinti bütün bədənin əzələlərini gücləndirir və duruşu düzəldir, oynaqları, sümükləri və onurğa sütununu yaxşı vəziyyətdə saxlayır, tənəffüs sisteminin fəaliyyətini normallaşdırır, ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdırır, qan təzyiqini normallaşdırır, qan şəkərinin səviyyəsini aşağı salır və buna görə də artıq çəkinin və diabetin əmələ gəlməsinə mane edir 2.Xroniki xəstəliklər riskinin azaldılması Gəzinti qanda şəkərin səviyyəsini, diabet riskini, qan təzyiqini və insult ehtimalını 20-40% azaldır.
3.Venaların varikoz genişlənməsinin qarşısının alınması Gəzinti ayaqlarda şişkinliyin yaranmasının qarşısını almaq və ya ayaqda əmələ gələ bilən xəstəliklərin yubadır.
Əgər siz artıq venanın varikoz genişlənməsindən əziyyət çəkirsinizsə, gündəlik gəzinti ayaqların narahatlığını azaltmağa və şişkinliyi azaltmağa kömək edəcəkdir.
4.Arıqlamaq Gəzinti bədən quruluşunuzu yaxşılığa doğru dəyişmək və arıqlamaq üçün ən təsirli üsullardan biridir.
Gündəlik gəzinti maddələr mübadiləsini artırır, artıq kaloriləri yandırır və əzələ kütləsini gücləndirir.