Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Paytaxtın Heydər Əliyev prospektində qayda pozan piyada videoqeydiyyatçıya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə dekabrın 19-da saat 22:10 radələrində qeydə alınıb. Görüntüdən aydın olduğu kimi, piyada yolu müəyyən olunmamış yerdən keçərək hərəkətdə olan avtomobilə təhlükə yaradıb. Hətta o, maşının gəldiyini görsə də, dayanmadan yoluna davam edib. Sürücü baş verə biləcək qəzanın qarşısını almaq üçün hərəkətdə olduğu zolaqdan sağa manevr edib.
Təəssüflə qeyd edək ki, videodakı şəxs kimi, bir qisim piyadalar yolu haradan gəldi keçərək özləriylə yanaşı, sürücülərin də həyatını təhlükəyə atırlar.
Nərmin