Piyada keçidi ola ola yolu maşınların arasından keçdilər VİDEO

03.06.2026

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Paytaxtın Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində qayda pozan piyadalar kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə iyunun 2-də saat 16:20 radələrində qeydə alınıb. Görüntülərdən məlum olur ki, piyadalar yolu müəyyən olunmamış yerdən keçərək təhlükəli vəziyyət yaradıblar.

Kadrlarda onların işıqforun qırmızı işığında dayanan avtomobillərin arasından keçdiyi əks olunub. Piyadalar nəqliyyat vasitələrinin dayanmasından istifadə edərək hərəkət hissəsinə çıxıblar. Halbuki, əraziyə yaxın məsafədə piyada keçidi mövcuddur.

Bu cür hallarda əsas təhlükə sürücünün piyadanı gec görməsidir. Xüsusilə avtomobillərin arasından qəfil çıxan piyadalar qarşıdan gələn nəqliyyat vasitələrinin sürücüləri üçün görünməz qalır. Belə vəziyyətlərdə bir neçə saniyəlik məsuliyyətsizlik həm piyadanın, həm də sürücünün ağır nəticələrlə üzləşməsinə səbəb ola bilər.

Nərmin 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью