Icma.az, Avtosfer portalına istinadən məlumat verir.
Türkiyənin Mersin şəhərinin Yenişehir rayonunda dörd avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Qəza anı yaxınlıqdakı təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.
Avtosfer.az xəbər verir ki, sürücüləri və dövlət qeydiyyat nişanları hələlik açıqlanmayan dörd avtomobil Hüseyn Okan Merzeci bulvarında hərəkətdə olarkən toqquşub. Zəncirvari qəza nəticəsində nəqliyyat vasitələrinə maddi ziyan dəyib.
Hadisə səbəbindən yolun hərəkət hissəsində bir müddət nəqliyyatın hərəkətində çətinlik yaranıb və ərazidə tıxac müşahidə olunub. Daha sonra aidiyyəti qurumların müdaxiləsindən sonra yolda hərəkət bərpa edilib.
Qəza anının təhlükəsizlik kamerasına düşməsi hadisənin başvermə səbəblərinin araşdırılması baxımından mühüm hesab olunur. Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Eltac Zülfüqaroğlu
Oxunub 124