Piyada keçidindən qırmızı işıqda keçdi, qəza törətdi Video

27.11.2024

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Motosikletlə həm piyada keçidindən, həm də svetoforun qırmızı işığından keçən sürücü qəzaya səbəb olub.

“Qafqazinfo” xəbər ki, bu barədə DİN Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Müşahidə kamerasının qeydə aldığı bu qəza ötən gün axşam saatlarında 8 Noyabr prospektində olub.

“Araşdırmalar hələ də bəzi moped və motosiklet sürücülərinin qaydalara əməl etmədiyini, həm hərəkət iştirakçılarının, həm də özlərinin həyat və sağlamlığına real təhlükə yaratdıqlarını göstərir. Hərəkət iştirakçılarını yollarda diqqətli olmağa çağırırıq”, - açıqlamada vurğulanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью