Avtosfer saytına istinadən Icma.az xəbər verir.
Paytaxtın Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsində dayanma-durma qaydalarını pozan sürücü kameraya düşüb.
Avtosfer.az xəbər verir ki, hadisə sentyabrın 29-da axşam saatlarında qeydə alınıb.
Kadrlardan görünür ki, 77-LA-037 dövlət nömrə nişanlı “Changan” markalı avtomobil piyada keçidinin üzərində park edilib. Bu səbəbdən piyadaların keçiddən istifadəsi məhdudlaşıb. Görüntülərdə sözügedən avtomobilin sağ tərəfində dayanmış digər nəqliyyat vasitələrinin də qayda pozduğu görünür.
Qeyd edək ki, qanunvericiliyə əsasən, piyada keçidinin üzərində və ona 5 metrdən az yaxınlıqda nəqliyyat vasitəsini saxlamaq qadağandır. Belə hallar piyadaların yolu təhlükəsiz keçməsinə mane olmaqla yanaşı, onların sürücülər tərəfindən vaxtında görünməsini də çətinləşdirir.
Nərmin
bax.tvhttps://player.bax.tv/embed/227419.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=hadise-ve-olaylar