Piyada səhvindən dəhşətli qəza Video | Icma.az
Yeniavaz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Yol-nəqliyyat hadisələrinin baş verməməsi həm sürücülərdən, həm də piyadalardan asılıdır.
Əks halda müşahidə kamerasının qeydə aldığı bu qəzadakı vəziyyət yaranır.
Paytaxtın Xəzər rayonu, Qala-Pirallahı yolunda 2 gün əvvəl baş verən hadisə zamanı yolun hərəkət hissəsindən keçən piyada qəzadan son anda xilas oldu.
Amma bu qəza sürücülərdən birinin xəsarət alması, minik avtomobillərinə, yol infrastrukturuna zərər vurulması və yolda nəqliyyat sıxlığının yaranması ilə nəticələndi.
Yollarda sürücü və piyadalar diqqətli olmalı, qəza şəraiti yaratmamalıdırlar.
Yeniavaz.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, “Yol hərəkəti haqqında” qanunun tələblərinə əsasən, piyada səki ilə, piyada zolağı ilə, yol çiyinləri ilə, bunlar olmadıqda isə velosipedçilərin hərəkətini çətinləşdirməmək şərti ilə velosiped yolu ilə hərəkət etməli və ya ayırıcı zolağı olan yollarda hərəkət hissəsinin xarici kənarı ilə getməlidir.
Tam oxu
Xəbəri oxu