Piyada son anda ölümdən döndü

19.06.2026

Baku.ws saytına istinadən Icma.az xəbər verir.

Paytaxtda yollardan birində piyadanın həyatı üçün təhlükə yaradacaq anlar yaşanıb. Hadisə Nərimanov rayonu, Əhməd bəy Ağaoğlu küçəsində qeydə alınıb.

Bu barədə BAKU.WS-in "qaynar xətti"nə görüntülər daxil olub.

Qeyd edilib ki, ADA Universiteti istiqamətindəki piyada yolundan keçmək istəyən sərnişin son anda qəzadan canını qurtarıb.

Kadrlarda "Hyundai Santa Fe" adlı avtomobilin piyada keçidi üzərindən sürətlə keçərək sərnişini əzməyə çalışdığı görüntülər yer alıb.

Lakin son anda piyada qəzadan sağ qurtula bilib.

Sözügedən kadrları təqdim edirik:

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью