Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır. Xəbər verdiyimiz kimi, Abbasqulu Abbaszadə küçəsində (Zoologiya institunun qarşıs
Gununsesi.info xəbər verir ki, bu barədə saytımıza ətrafda iş yerləri olan vətəndaşlar məlumat verib.
Onların sözlərinə görə, qəza şəraitinin yaranmasına səbəb piyada zolağının silinməsidir.
“Düzdür, piyada nişanı olsa da, zolaq yolun bitəcəyindədir. Dayanacaqdan düşüb keçən insanlar üçün çətinlik yaranır, maşınlar sürətlə gəlir.
Yol özü də dar yoldur. Bədbəxt hadisə baş verməmiş zolağı bərpa etmək lazımdır”, – deyə sakinlər bildirib.
Saytımız bu barədə AYNA-ya müraciət edib. AYNA-nın mətbuat katibi Tural Oruvoc bildirir ki, yaxın günlərdə sözügedən ərazidə də piyada zolağ
Silinən nişanlanma xətlərinin yenilənməsi mərhələli qaydada həyata keçirilir. Yaxın zamanda sözügedən ərazidə də piyada zolağı yenilənəcək.
Hərəkət iştirakçıları ərazidə quraşdırılan yol nişanlarının tələblərinə riayət etməlidirlər”.