“Piyadalar, diqqətli olun!” DYP hərəkətin təhlükəsizliyi həftəliyi keçirəcək

11.05.2025

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

Mayın 12-dən 19-dək respublika ərazisində “Piyadalar, diqqətli olun!” şərti adı altında hərəkətin təhlükəsizliyi həftəliyi keçiriləcək.

Baş Dövlət Yol Polisi İdarəsindən “Ölkə.az”a bildirilib ki, tədbir çərçivəsində piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulması hallarına qarşı nəzarət-profilaktik tədbirlərin artırılması ilə yanaşı, əhali arasında təbliğat-təşviqat və maarifləndirmə işlərinin daha da gücləndirilməsi nəzərdə tutulur.

İdarə bir daha piyadaları diqqətli olmağa çağırıb, eyni zamanda ictimai təsisatları, xüsusilə media subyektlərini sözügedən tədbir çərçivəsində birgə əməkdaşlığa dəvət edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью