Piyadalara üztanıma vasitəsilə cərimə yazılır? RƏSMİ AÇIQLAMA VİDEO

24.09.2026

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Bakıda sürücülük təlimi keçən şəxslərdən biri piyada keçidindən keçməyən piyadaların üztanıma vasitəsilə müəyyən edilərək cərimələndiyini iddia edib.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkələrdə yayımlanıb.

Özünü sürücülük təlimçisi kimi təqdim edən şəxs iddia edib ki, Xırdalanda da bütün Təhlükəsiz Şəhər Kameraları (TŞK) vasitəsilə yolu düzgün keçməyən piyadalara SİMA tətbiqi üzərindən cərimə yazılır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat təkzib olunub. Bildirilib ki, bu iddianın heç bir əsası yoxdur.

bax.tvhttps://player.bax.tv/embed/227253.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=son-xeberler

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью