Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
Piyadalara “zebra”nın üstündə yol verən sürücü zəncirvari yol qəzasına səbəb olub. Avtosfer.az xəbər verir ki, Türkiyənin Mersin şəhərində baş verən hadisə kameraya düşüb.
Belə ki, Hüseyn Okan Merzeci Bulvarında hərəkətdə olan taksi xidmətlərinin birinə məxsus avtomobilin sürücüsü piyada keçidinin üzərində qəfil əyləcə sıxaraq piyadalara yol vermək qərarına gəlib. Bu zaman hərəkətdə olan yük maşını və 2 minik avtomobili olmaqla ümumilikdə 4 nəqliyyat vasitəsi bir-birinə çırpılıb. Qəza nəticəsində maşınlarda olan 4 nəfər yüngül xəsarətlər alıblar. Faktla bağlı araşdırma aparılır.
Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:
Namiq Musayev
Oxunub 102