Piyadaları təngə gətirən eskalator problemi VİDEO

30.09.2026

Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Binəqədi rayonunda metronun "Azadlıq prospekti" stansiyasının yaxınlığında yerləşən yerüstü piyada keçidində eskalatorların işləməməsi sakinlər üçün çətinlik yaradır.

"Bakupost" Baku TV-yə istinadən xəbər verir ki, vətəndaşların sözlərinə görə, keçidin hər iki tərəfində eskalatorlardan yalnız biri işləyir. Bu səbəbdən piyadalar keçidə qalxarkən çətinlik çəkməsələr də, geri düşərkən işləməyən eskalatordan piyada enmək məcburiyyətində qalırlar.

Qeyd edək ki, paytaxtın müxtəlif ərazilərində də analoji vəziyyət müşahidə olunur və eskalatorların işləməməsi ilə bağlı problemlə tez-tez rastlaşılır.



Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью