Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Türkiyənin Hatay şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az TRT-yə istinadən xəbər verir ki, İskenderun rayonunda avtomobil səkidəki 4 piyadanı vurduqdan sonra aşıb. Nəticədə piyadalardan 3-ü hadisə yerində keçinib, digəri və avtomobildəki 2 nəfər isə xəsarət alıblar. Yaralananlar İskenderun Dövlət Xəstəxanasına aparılıblar. Hadisə barədə araşdırma başladılıb.