Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakıda yol hərəkəti qaydasını pozan sürücü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə avqustun 5-də, paytaxtın İnşaatçılar prospektində qeydə alınıb. Belə ki, 90-NX-600 qeydiyyat nişanlı "Lexus" markalı avtomobilin sürücüsü svetoforun qırmızı işığının yanmasına baxmayaraq dayanmadan hərəkətinə davam edib. Lakin növbəti svetoforda qarşısında digər maşının dayanmasına görə, hərəkətinə davam edə bilməyib.
Qeyd edək ki, bu svetofor piyadalara aid olduğu üçün sürücülər dəfələrlə qırmızı işığın tələbini pozaraq hərəkət ediblər.
Fərid