Piyadanı maşın vurub öldürdü

26.12.2024

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ucar rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az report-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında Ucar- Zərdab avtomobil yolunun rayonun Xalac kəndindən keçən hissəsində qeydə alınıb.

Yolu keçən piyada Xalac kənd sakini Yasin Ehtiram oğlu Məmmədovu yük maşını vurub. Ağır xəsarətlər alan piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью