Piyadanı öldürüb hadisə yerindən qaçan sürücü tutuldu

01.04.2025

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakıda piyadanı öldürüb hadisə yerindən qaçan sürücü tutulub.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Xətai rayonu, Məhəmməd Hadi küçəsində qeydə alınıb.

Şamxal Şirinov idarə etdiyi BMV markalı avtomobillə Bahar Əsgərovanı vuraraq hadisə yerindən qaçıb. Qadın aldığı xəsarətdən hadisə yerində ölüb.

Hadisəni törədən şəxs tutularaq istintaqa təhvil verilib. Faktla bağlı iki maddə üzrə cinayət işi başlanılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью