Piyadanı vuran sürücü infarkt keçirdi

15.07.2025

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Goranboyda piyadanı avtomobil vuraraq öldürüb.

Axar.az-ın Report-a istinadən məlumatına görə, yolu qarşı tərəfə keçmək istəyən piyadanı avtomobil vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada hadisəni törətməkdə şübhəli bilinən sürücü tərəfindən xəstəxanaya çatdırılıb. Lakin göstərilən tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Əlavə edək ki, hadisəni törətməkdə şübhəli bilinən sürücü də dünyasını dəyişib. Onun infarkt keçirdiyi ehtimal edilir.

Hər iki şəxsin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью