Piyadanı vurub öldürən öz qardaşı imiş DETALLAR

10.11.2024

Icma.az, Modern.az saytına istinadən bildirir.

Ötən gün Ağstafada piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin bir sıra detalları məlum olub.

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Muğanlı kəndində baş verən hadisəni törətməkdə şübhəli bilinən, sürücü 1982-ci il təvəllüdlü Şöhrət Mehdiyev ölən piyada, 1985-ci il təvəllüdlü Rəşad Mehdiyevin qardaşıdır.

Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью