Piyadanı vurub qaçdı

04.12.2024

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Sumqayıtda yol-nəqliyyat hadisəsi olub.

Milli.Az bildirir ki,03.12.2024-cü il tarixdə saat 23.12-də 1985-ci il təvəllüdlü Pənahov Anar Əlirza oğlu özünə məxsus "Volvo XC-90" markalı avtomobili idarə edərkən yaş asfalt örtüklü yolda, piyada keçidi olmayan yerdə, yolu keçən piyada 1988-ci il təvəllüdlü Məmmədov Elvin Sahib oğlunu vuraraq hadisə yerindən qaçıb.

Piyada Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz tibbi yardım xəstəxanasına çatdırılmasına baxmayaraq, ölmüşdür.

Faktla bağlı Sumqayıt ŞPİ-nin İŞ-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaqı aparılır.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью