Piyadaya yol verən maşını vurdular; dərhal yanmağa başladı VİDEO

17.09.2026

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ötən gün gecə saatlarında paytaxtın Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsində nizamlanmayan piyada keçidində yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az xəbər verir ki, piyada keçidində piyadaya yol vermək üçün dayanan avtomobilə arxadan başqa bir nəqliyyat vasitəsinin çırpılması nəticəsində avtomobildə yanğın baş verib. Dərhal polis əməkdaşları tərəfindən yanğın söndürənlərin hadisə yerinə təhlükəsiz çatması üçün zəruri tədbirlər görülüb.

Hadisə nəticəsində piyada ilə yanaşı, yanan avtomobildə olan sürücü və iki sərnişin son anda nəqliyyat vasitəsini tərk edərək xilas olublar. 

Hadisənin görüntüləri hərəkət zamanı diqqətsizliyin və qayda pozuntusunun hansı ağır nəticələrə gətirib çıxara biləcəyini bir daha göstərir. Dəfələrlə qeyd edildiyi kimi, belə hadisələrin baş verməməsi üçün sürücülər keçidlərə yaxınlaşarkən sürəti azaltmalı, təhlükəsiz ara məsafəsi saxlamalı və piyadalara yol verməlidirlər.

bax.tvhttps://player.bax.tv/embed/227091.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=hadise-ve-olaylar

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью