Piylənmə və insulin dirənci: Effektiv müalicə üçün hansı analizlər vacibdir? | Icma.az
Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Metabolik və piylənmə problemlərinin düzgün idarə olunması üçün əsas şərtin elmi və fərdi yanaşma olduğu vurğulanır.Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı deyib.Onun sözlərinə görə, insanlar metabolik və obesiti problemləri ilə müraciət edərkən ilk növbədə bir sıra əsas göstəricilər yoxlanılmalıdır.
Bunlara tiroid vəzinin aktivliyi, bədəndə yağlılıq səviyyəsi, qaraciyərin yağlanıb-yağlanmaması və qarın çevrəsinin ölçülməsi daxildir.
Bundan əlavə, qanda xolesterin göstəriciləri, lipid balansı, insulin dirəncinin olub-olmaması da mütləq qiymətləndirilməlidir.Emin Məmmədov bildirib ki, əgər insan anemikdirsə, yəni qanazlığı və ya dəmir defisiti varsa, onun metabolizması zəif işləyəcək və bu halda effektiv nəticə əldə etmək mümkün deyil.
Mütəxəssis qeyd edib ki, bütün bu analizlər və xəstəlik fonu dəyərləndirildikdən sonra yalnız individual yanaşma tətbiq olunmalıdır.
Məsələn, insulin dirənci olan pasiyentlərdə xüsusi dərman müalicəsi dietlə paralel aparılmalı və proses nəzarətdə saxlanılmalıdır.Qastroenteroloq diet və pəhriz anlayışlarının tez-tez səhv salındığını da diqqətə çatdırıb.
Onun sözlərinə görə, bunlar tamamilə fərqli anlayışlardır və bir çox hallarda xəstəliklər üçün təyin edilən sərt pəhrizlərin ciddi kliniki əhəmiyyəti olmur, əksinə pasiyentləri əlavə stress altına salır.Emin Məmmədov vurğulayıb ki, bəzi mədə-bağırsaq problemlərində insanları yalnız qaynadılmış və məhdud qidalarla qidalanmağa məcbur etmək bərpa prosesini sürətləndirmir, əksinə onu uzada bilər.
Onun fikrincə, insanın həyatında qida ilə bağlı ciddi məhdudiyyətlər qoymaq üçün çox əsaslı tibbi səbəb olmalıdır.Mütəxəssis-ekspert qeyd edib ki, pasiyentə “bunu yemə, onu yemə” demək asan məsələ deyil və insanların həyat keyfiyyətini daraltmaq doğru yanaşma hesab olunmur.
Tam oxu
Xəbəri oxu