Piylənmədən əziyyət çəkənlərin sayı artır ÜST dən xəbərdarlıq

17.11.2026

Yeniavaz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


1990-cı ildən bəri dünyada piylənmədən əziyyət çəkən yetkinlərin sayı ikiqat, yeniyetmələrin sayı isə dördqat artıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) rəsmi saytında məlumat verib.
ÜST-ün məlumatına görə, piylənmə hazırda planetdəki hər yeddi nəfərdən birinə təsir göstərir. 2025-ci ildə artlq çəki 5-19 yaşlı uşaqlar və yeniyetmələr arasında ən çox yayılmış qidalanma pozğunluğu kimi ilk dəfə çəki çatışmazlığını üstələyib.
Təşkilatın məlumatına görə, dünyada bir milyarddan çox insan piylənmədən əziyyət çəkir və hökumətlər sürətlə artan bu ictimai səhiyyə probleminin həlli üçün səylərini artırırlar.
ÜST ölkələri profilaktikanı gücləndirməyə, yüksək risk qrupları üçün daha erkən müdaxiləni təmin etməyə, effektiv və əlverişli səhiyyə xidmətlərinə çıxışı təmin etməyə çağırır.
Digər tövsiyələrlə yanaşı, ÜST şəkərli içkilərə vergi tətbiq etməyi, qablaşdırmanın ön hissəsində kalori məlumatlarını göstərməyi, uşaqlar üçün sağlam olmayan qidaların təşviqini məhdudlaşdırmağı və fiziki aktivliyi artırmaq üçün tədbirlər görməyi tövsiyə edir.
Təşkilat xatırladır ki, piylənmə qidalanma pozğunluğunun bir formasıdır və ürək-damar xəstəlikləri, diabet və müəyyən xərçəng növləri riskini artıran xroniki, mürəkkəb bir xəstəlikdir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью