Piylənmənin orqanizmdə təhlükəlisi nədir? ARAŞDIRMA

22.01.2026

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

ABŞ-nin Texas Universitetinin Cənub-Qərb Tibb Mərkəzinin alimləri piylənmə zamanı yaranan xroniki iltihabın molekulyar mexanizmini aşkar ediblər. Araşdırma göstərib ki, bu proses SAMHD1 adlı fermentin fəaliyyətinin pozulması ilə başlayır və nəticədə immun hüceyrələrinin DNT-si zədələnir.

Redaktor.az xəbər verir ki, tədqiqatın nəticələri Science jurnalında dərc olunub.

Əvvəllər məlum idi ki, piylənmə infeksiya olmadan baş verən “steril iltihab”la müşayiət olunur. Bu prosesdə immun hüceyrələrində yerləşən NLRP3 zülal kompleksi əsas rol oynayır. Lakin onun niyə uzunmüddətli aktivləşdiyi aydın deyildi.

Alimlər normal çəkiyə malik insanlarla piylənməsi olan şəxslərin, eləcə də adi və yüksək yağlı qida ilə qidalanan siçanların immun hüceyrələrini müqayisə ediblər. Məlum olub ki, piylənmə hallarında NLRP3-ün aktivliyi artır, hüceyrələrin enerji mənbəyi olan mitoxondrilərdə isə zədələnmiş DNT toplanır.

Araşdırmaya görə, səbəb DNT-nin “tikinti materialları” sayılan nukleotidlərin artıq miqdarda yığılmasıdır. Normalda SAMHD1 fermenti bu artıqlığı parçalayaraq tarazlığı qoruyur. Piylənmə zamanı isə ferment fəaliyyətsizləşir, nukleotidlər mitoxondrilərə daxil olur, onların DNT-sini zədələyir və güclü iltihabi reaksiyanı işə salır.

Alimlər SAMHD1 fermentini siçanlarda süni şəkildə deaktiv etdikdə, heyvanlarda xroniki iltihab, ikinci tip şəkərli diabet və qaraciyərin piylənməsi inkişaf edib. Bu da fermentin prosesdə həlledici rolunu təsdiqləyib.

Tədqiqatın rəhbəri Çjenyu Çjunun sözlərinə görə, əldə edilən nəticələr piylənmə ilə bağlı iltihabın dəqiq mexanizmini üzə çıxarır və gələcəkdə yeni müalicə strategiyalarının SAMHD1-in aktivliyinin qorunması və ya nukleotidlərin yığılmasının qarşısının alınması hazırlanmasına imkan yaradır.

Nuriyyə NATİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью