Pizzanın məktəbli menyusunda olması mümkündürmü?

06.11.2026

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Adi pizza çox xəmirli və yağlı olduğu üçün hər gün yemək olmaz.

Bakıvaxtı.az "Gazeta.ru"ya istinadən xəbər verir ki, bunu inteqrativ qidalanma üzrə mütəxəssis Yuliya Şarapova deyib.

Onun sözlərinə görə, ənənəvi pizzada xəmir, pendir və sous olur, lifi isə azdır. Buna görə uşaqlara müntəzəm vermək düzgün deyil:

"Lakin tərkibi dəyişdirilərsə, pizza daha faydalı ola bilər. Pizza nazik xəmirdən hazırlanmalı, kolbasa əvəzinə təmiz ət əlavə olunmalı, göyərti vurulmalı və az yağlı sousdan istifadə edilməlidir. Əgər uşaq gündəlik lif, zülal və sağlam yağlarla zəngin qidalanırsa, həftədə bir dəfə kiçik porsiya pizza yeməsi problem yaratmaz".

O, həmçinin səhər yeməyində şəkərli dənli bitkilər kimi sürətli karbohidratlardan çox istifadə etməməyi məsləhət görüb. Belə qidalar qanda şəkəri kəskin artırır və uşağın diqqətini zəiflədir.

Gülşən Şərif

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью