Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Suriya ordusunun terror təşkilatı YPG-ni döyüş meydanından sıxışdıraraq məğlub etməsinin əks-sədası davam edir.
Bu hərbi əməliyyat terror tərəfdarlarını qəzəbləndirməklə yanaşı, bölgədə tamamilə yeni bir mərhələnin əsasını qoyub.
“Cebheinfo.az”-ın xarici mediaya istinadən məlumatına görə, məğlubiyyətin səbəbini Türkiyənin Suriya ordusuna verdiyi dəstəkdə görən PKK və digər terror dəstəkçiləri oxşar iddialar səsləndirirlər. Bu arqument terror təşkilatının əvvəlki məğlubiyyətlərindən sonra da gündəmə gətirilmişdi.
Kürdüstan Demokrat Partiyasının (PAKURD) PKK-çı kimi tanınan qurucusu İbrahim Halil Baran isə 2024-cü ilin dekabr ayında verdiyi açıqlamada SDF/YPG-nin Suriyanın şimalındakı Mənbiç–Tel Rıfat xəttindən təmizlənməsi ilə bağlı "Əgər Ərdoğan seçkilərdə qalib gəlməsəydi, bu hadisələr baş verməzdi", - demişdi.
PKK-çı İbrahim Halil Baran seçki dövründə Prezident Rəcəb Tayyib Ərdoğanın gücünü zəiflətmək məqsədilə Kamal Kılıçdaroğlunu dəstəklədiklərini, Kılıçdaroğlu hakimiyyətə gələcəyi təqdirdə Türkiyənin Suriyaya yönəlik hərbi müdaxilələr həyata keçirə bilməyəcəyini iddia etmişdi.
Baran, həmçinin Suriya ordusunun əməliyyat mərkəzlərində Prezident Ərdoğanın fotosunun yerləşdirildiyini irəli sürərək, Türkiyənin ərazidəki silahlı qruplar üzərində təsir gücünə diqqət çəkmişdi. İbrahim Halil Baran “Seçki dövründə dedik ki, Tayyib Ərdoğan çox güclüdür, getməlidir. Qoy Kılıçdaroğlu gəlsin. Bəzi axmaq dostlar dedilər ki, siz Kamalist olmusunuz.
İndi təsəvvür edin ki, bu gün Türkiyədə Tayyib Ərdoğan əvəzinə Kılıçdaroğlu hakimiyyətdə olsaydı, nə baş verərdi?
Sizcə, Türkiyə Suriyaya bu cür güclə müdaxilə edə bilərmi? Mənbicdə aktivləşdirdiyi Azad Suriya Ordusu (ASO) dəstələrini səfərbər edə bilərmi? Məsələn, HTS və MTŞ daxilindəki bəzi qrupların əməliyyat otaqlarında Ərdoğanın şəklinin asıldığını görmüsünüzmü?", - deyə qeyd etmişdi.
Türkiyə mətbuatının yazdığına görə, seçkilərdə Rəcəb Tayyib Ərdoğanın qalib gəlməməsi üçün çalışdıqlarını etiraf edən İbrahim Halil Baran İsrail tərəfdarı kimi tanınır. Onun İsrailin gizli kəşfiyyat xidməti MOSSAD-dan olan mentorların daxil olduğu "Yeni Yaxın Şərq üçün İsrail–Kürd İttifaqı” adlı panel təşkil etdiyi deyilir.
Panelin elanında isə o, “İsrailin təhlükəsizliyi üçün Kürd dövlətinin qurulmasının zəruri olduğunu” bildirib. Eyni zamanda, o, açıqlamasında “7 oktyabrda HƏMAS-ın İsrailə qarşı hücumlarından sonra Yaxın Şərq yeni və son dərəcə mürəkkəb bir reallıq mərhələsinə qədəm qoydu.
İran şiə və sünni islamçı müttəfiqləri ilə birlikdə İsraili hədəf alma fəaliyyətini intensivləşdirdi. Eyni zamanda, İsraili sərt şəkildə qınayan Türkiyə dövləti Rojavadakı (Qərbi Kürdüstan / Şimali Suriya) kürd özünüidarəsinə qarşı hücumlarını artıraraq, İŞİD-in məğlubiyyətindən sonra əldə olunan mədəni kimlikləri silməyə çalışır. HƏMAS–İran ittifaqının İsrailə qarşı hücumları və Türkiyənin kürdlərə qarşı siyasəti qarşılıqlı həmrəyliyə olan ehtiyacı ortaya qoyur", - demişdi.
Əfsanə Rəcəb
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin