Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Milli Şuranın üzvü Gültəkin Hacıbəyli ilə bağlı Türkiyədə skandal addım atılıb.
Belə ki, Xalqların Bərabərlik və Demokratiya (DEM) Partiyasının deputatı Ömər Faruk Gergerlioğlu Türkiyə Böyük Millət Məclisində Gültəkin Hacıbəylini müdafiə edib.
O, parlamentdə məsələ qaldıraraq Gültəkin Hacıbəyliyə G-82 təhlükə kodunun hansı səbəblə tətbiq edildiyini və deportasiya prosesinin hüquqi əsaslarının açıqlanmasını tələb edib.
Maraqlıdır ki, Türkiyədə çox sayda partiya olmasına baxmayaraq, sadəcə DEM Partiya Gültəkin Hacıbəylinin müdafiəsinə qalxıb.
Üstəlik, bu partiyanın PKK terror təşkilatının siyasi qolu olduğu hamıya məlumdur.
DEM Partiya hər zaman Azərbaycana qarşı mövqeyi ilə seçilib.
Onlar hətta 44 günlük Vətən müharibəsində belə Azərbaycanın deyil, işğalçı Ermənistanın yanında yer alıb.